Dəstək və FAQ
Kömək mərkəzi
Tətbiqdə Parametrlər → Kömək və dəstək açın. Burada tez-tez verilən suallar mövzulara bölünüb, axtarış da var.
Dəstəyə müraciət
Sualınızın cavabı FAQ-da yoxdursa, müraciət (məktub) yazın:
- Kömək və dəstək ekranında Məktub yaz seçin.
- Kateqoriya seçin: Ümumi, Hesab, Elan, Ödəniş, Moderasiya, Xəta və ya Digər.
- Problemi ətraflı yazın. Lazım olsa ekran görüntüsü əlavə edin.
- Göndərin. Müraciət Müraciətlərim siyahısında görünəcək.
Cavabı harada görmək olar?
Cavablar Kömək və dəstək → Müraciətlərim bölməsində, müraciətin içində görünür. Dəstəyin cavabını görmək üçün bu bölməni vaxtaşırı yoxlayın. Orada yazışmanı davam etdirə bilərsiniz.Müraciətin statusları
| Status | Mənası |
|---|---|
| Açıq | Müraciət qəbul olunub |
| İcrada | Dəstək üzərində işləyir |
| Sizi gözləyir | Sizdən əlavə məlumat lazımdır |
| Həll olunub | Problem həll edilib |
| Bağlı | Müraciət bağlanıb |
Əlaqə
Hesabınız yoxdursa və ya daxil ola bilmirsinizsə, Əlaqə formasından istifadə edin. Yan menyudan Bizimlə əlaqə seçin, adınızı, e-poçtunuzu, mövzunu və mesajı yazın.
Həmin ekranda WhatsApp, Instagram, Facebook və e-poçt linkləri də var.
Tez-tez verilən suallar
Elan yerləşdirmək pulludurmu?
Xeyr, elan yerləşdirmək pulsuzdur. Yalnız əlavə xidmətlər ödənişlidir: VIP, Premium, İrəli çək, foto paketi və abunəliklər. Bax: Ödənişli xidmətlər.
Elanım nə vaxt dərc olunacaq?
Moderasiyadan dərhal sonra. Nəticə barədə bildiriş gələcək. Bax: Elanın statusları.
Telefon nömrəmi dəyişmişəm, hesabıma necə girim?
Köhnə nömrə ilə daxil ola bilmirsinizsə, əlaqə formasından yazın. Hesabda istifadə etdiyiniz e-poçtu və köhnə nömrəni qeyd edin.
Abunəliyi necə ləğv edim?
Abunəliklər App Store / Google Play vasitəsilədir. Ləğvi telefonun abunəlik tənzimləmələrindən edin. Bax: Abunəliklər.
Mağazam niyə görünmür?
Yeni mağaza təsdiqdən sonra görünür. Təsdiq barədə bildiriş gələcək. Bax: Təsdiq.
Dələduzluqdan necə qorunum?
Ödənişi qabaqcadan etməyin. Yazışmanı Vendox çatında aparın, şübhəli istifadəçini bloklayın və şikayət edin. Bax: Mesajlar.
